İQTİSADİYYAT
Yararsız mallar məhv edilib
Bakı, 22 sentyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Xəzər, Sabunçu rayonlarında və Xırdalan şəhərində, eləcə də Gəncə, Şirvan, Qusar, Ağsu, Lənkəran, Zaqatala, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.