REGİONLAR


Yardımlıda 200 hektardan çox sahədə noxud əkilib

Yardımlı, 13 iyun, Bağır Əliyev, AZƏRTAC

Ölkə başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Yardımlı rayonunda ənənəvi əkin sahələrinə, o cümlədən noxud əkininə diqqət artırılıb.

AZƏRTAC xəbər verir ki, aqrar bölgədə çalışanlara dövlət dəstəyindən, məhsul istehsalçılarına verilən subsiyadalardan, onlara edilən güzəştlərdən ruhlanan rayon sakinləri bu il 360 hektardan çox sahədə dəmyə şəraitində dənli və paxlalı bitkilərin əkini həyata keçiriblər. Məhsul istehsalçıları məhsuldarlıq baxımından daha çox noxud əkininə maraq göstərirlər.

Ötən il fermerlər noxud sahələrinin hər hektarından 600 kiloqram məhsul toplayıblar. Bu il isə kənd sakinləri 200 hektardan çox sahədə noxud əkiblər, əkin sahələrinin hər hektardan 650-700 kiloqram noxud tədarük etməyi planlaşdırırlar.

Yardımlı dağlıq rayon olduğundan burada əkin sahələrini suvarmaq mümkün deyil. Məhz buna görə də bitkilər dəmyə şəraitində əkilir.

Əkin dövründə bütün aqrotexniki tədbirlər vaxtında görüldüyündən kənd sakinləri bol məhsul olacağını bildiriblər.

Qeyd edək ki, Yardımlı rayonunda məhsul istehsalçılarına dövlət tərəfindən əkilən yazlıq bitkinin hər hektarına görə 50, payızlıq bitkinin hər hektarına görə isə 90 manat subsidiya ödənilib. Ümumilikdə isə, rayonda 1537 məhsul istehsalçısına 200 min 380 manat subsidiyanın ödənilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.