REGİONLAR


Yardımlıda ərzaq təhlükəsizliyi ilə bağlı vəzifələr müzakirə edilib

A+ A

Yardımlı, 5 sentyabr, Bağır Əliyev, AZƏRTAC

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda növbəti seminarını Yardımlıda keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli sahibkarlar, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayon gigiyena və epidemiologiya mərkəzinin, kənd təsərrüfatı və statistika idarəsinin işçiləri iştirak ediblər.

Təlim məşğələsində çıxış edən layihə rəhbəri Vamiq Babayev layihənin məqsədi haqqında məlumat verərək, ölkəmizdə aqrar bölmənin inkişafına göstərilən dövlət dəstəyindən danışıb. Yardımlı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şəmsəddin Şabıyev çıxışında təşkilat tərəfindən həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, sahibkarları yerli istehsalın artırılmasına çağırıb.

Sonra layihə üzrə ekspert, Lənkəran Dövlət Universitetin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru Balayar Şahbazovun mövzu ilə bağlı çıxışı dinlənilib. O, yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlərin qarşısının alınması, ekoloji təmiz məhsul istehsalı, ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin təşkili və digər aktual məsələlər barədə danışıb.

Seminara dəvət olunan aidiyyəti nazirlik və komitə nümayəndələri dövlətin sahibkarlar üçün yaratdığı imkanlardan, aqrar sektorun perspektivlərdən söz açıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Digər çıxış edənlər rayonda arıçılıq, taxılçılıq, kartofçuluq, heyvandarlıq və tütünçülükdə mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

Müzakirələrdən sonra layihədən ilkin stimullaşdırıcı dəstək alacaq şəxslərin müəyyən edilməsi üçün hazırlanan ərizə formaları iştirakçılara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.