REGİONLAR


Yardımlıda futbol üzrə rayon birinciliyi başa çatıb

A+ A

Yardımlı, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Yardımlıda aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Nurəddin Mirzəyevin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, 14 komandanın 3 qrupda mübarizə apardığı yarışın finalında “Sırıq” və “Bozayran” komandaları qarşılaşıblar.

Finalda rəqibinə 5:1 hesabı ilə qalib gələn “Sırıq” komandası rayon birinciliyinin qalibi olub.

Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.