REGİONLAR
Yardımlıda keçirilən toplantıda prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilib
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayon prokuroru Vahid Məmmədli və başqaları prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək, ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik prinsiplərin inkişaf etdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında onların əməyini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, Azərbaycanda prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub.
Bildirilib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Çıxış edənlər prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.