REGİONLAR
Yardımlıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Yardımlı, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlıda təhsil işçilərinin ənənəvi sentyabr konfransında ötən tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Təhsil Problemləri İnstitutunun şöbə müdiri Pirəli Əliyev rayonun təhsil işçilərinin qazandığı nailiyyətlərdən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb, yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıblar.
Yığıncaqda rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin 2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib.
Çıxış edənlər ötən tədris ilində qazanılan uğurlardan və mövcud problemlərdən danışaraq ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşlaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qəbul imtahanları zamanı 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları verilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.