REGİONLAR


Yardımlıda tütün əkininə başlanılıb

Yardımlı, 14 may, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Yardımlı rayonunda tütün əkininə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il rayonun 20 kəndində 43 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Yığılan məhsullar rayonda inşa olunan tütünqurutma sexlərində qurudularaq müəssisələrə təhvil veriləcək.

Hava şəraitinin əlverişli olması və oktyabr-noyabr aylarından əkin yerlərinin hazırlanması, eləcə də, sahələrə göstərilən düzgün aqrotexniki qulluq nəticəsində əkin kampaniyası mütəşəkkil qaydada davam etdirilir.

Ötən il rayonda tədarük olunan tütün məhsulunu qəbul etmək üçün 3 tütünqurutma sexi fəaliyyət göstərirdisə, bu il tədarük məntəqələrinin sayı 8-ə çatdırılacaq. Bu məqsədlə rayonun Urakəran kəndındə hər birinin tutumu 5 ton olan 8 ədəd tütünqurutma sexi, 1 ədəd tutumu 70 ton olan saxlama kamerası və 1 ədəd tutumu 40 ton olan talvar tikilir.

Qeyd edək ki, Yardımlıda ötən illə müqayisədə bu il tütün sahələri dörd dəfə artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.