REGİONLAR
Yardımlının Avaş kəndində həkim məntəqəsinin yeni binası istifadəyə verilib
Yardımlı, 19 fevral, Bağır Əliyev, AZƏRTAC
Dünya Bankının maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Yardımlı rayonunun Avaş kəndində həkim məntəqəsinin yeni binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə, insanların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları səhiyyə müəssisəsinin yeni binasında yaradılan şəraitlə tanış olublar.