İQTİSADİYYAT


Yarım ildə 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanıb

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 milyon 410 min manat təşkil edib. Cari ilin ilk yarısında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.

Cari ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.