İQTİSADİYYAT


Yarım ildə 737,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib

Bakı, 8 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə 34,3 faiz, kartof 50,6 faiz, tütün 36,9 faiz, çay 44,3 faiz, meyvə və tərəvəz şirələri 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 21,5 faiz, polietilen 1,9 faiz, pambıq lifi 5,7 dəfə, qara metallardan borular 0,1 faiz, bentonit gili 3,9 dəfə artıb. Şəkər ixracı isə 21,5 faiz, bitki yağları 3,7 faiz, meyvə və tərəvəz konservləri 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 15,7 faiz, emal olunmamış alüminium 32,3 faiz, qara metallardan yarımfabrikatlar 50,5 faiz, pambıq ipliyi 34,6 faiz azalıb.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin altı ayında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə 10,9 faiz, quş əti və onun əlavə məhsulları 2 dəfə, mal əti 2,3 dəfə, minik avtomobilləri 33,7 faiz, hesablama maşınları, blok və qurğuları 86 faiz, qara metallardan çubuqlar 15,9 faiz, rezin şinlər 50,5 faiz, mineral gübrələr 4,1 dəfə, qara metallardan künclüklər 36,6 faiz, məişət kondisionerləri 13,8 faiz, paltaryuyan maşınlar 96,5 faiz, yük avtomobilləri 65,1 faiz, avtobuslar 23,1 faiz artıb. Buğda idxalı isə 35,2 faiz, bitki yağları 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 0,4 faiz, kartof 5,7 faiz, çay 2,1 faiz, təzə tərəvəz 46,4 faiz, polad prokatı 1,4 faiz, qara metallardan borular 66,5 faiz, mebel 10,1 faiz, polietilen 28,2 faiz, sement və sement klinkerləri 93,6 faiz və məişət soyuducuları 37,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.