İQTİSADİYYAT


Yarım ildə Azərbaycanda 960 min tonadək dizel yanacağı istehsal olunub

Bakı, 2 avqust, AZƏRTAC 

Bu ilin ilk yarısında Azərbaycanda 958,7 min ton dizel yanacağı, 618,3 min ton avtomobil benzini, 101,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 297,5 min ton ağ neft, 241,3 min ton yanacaq mazutu, 12,9 min ton sürtkü yağları, 77,3 min ton neft bitumu və 106,4 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 330,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 7,3 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 7,7 faiz, yanacaq mazutunun istehsalı 38 faiz, dizel yanacağının istehsalı 16,4 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.