İQTİSADİYYAT


Yarım ildə SOCAR 390 min tonadək dizel yanacağı ixrac edib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin iyununda 33 min 816 ton dizel yanacağı, 15 min 157 ton təyyarə yanacağı, 6 min 535 ton yüksək təzyiqli polietilen, 1252 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 873 ton maye piroliz qətranı, 2 min 99 ton propilen və 3 min 401 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, altı ayda 389 min 223 ton dizel yanacağı, 128 min 738 ton təyyarə yanacağı, 2 min 298 ton soba mazutu, 46 min 896 ton yüksək təzyiqli polietilen, 7 min 385 ton mütləqləşdirilmiş izopropil spirti, 35 min 215 ton maye piroliz qətranı, 23 min 245 ton propilen və 10 min 85 ton butilen butadien fraksiyası ixrac olunub.

İyunda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 496,47 ABŞ dollar, təyyarə yanacağının - 451,40 dollar, dizel yanacağının - 431,56 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 247,03 dollar, yüksək təzyiqli polietilen 1138,75 dollar, butilen butadien fraksiyası 464,93 dollar, maye piroliz qətranının - 496,47 dollar, propilen 652,50 avro, mütləqləşdirilmiş izopropil spirti 840 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.