CƏMİYYƏT


Yarım ildə avtomobil yollarında 62 minədək müxtəlif növ ağac və kol bitkisi əkilib

Bakı, 10 avqust, AZƏRTAC

“Azəravtoyol” ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri cari ilin 6 ayı ərzində 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3 min 424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib.

Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən məlumat verilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 187 min 241 ədəd, o cümlədən 952 min 862 ədəd çoxillik ağac mövcuddur. Avtomobil yollarının təhkim zolağında bu ilin 6 ayı ərzində 61 min 922 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87 min 749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

MMC-lər tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 162 min 600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 134 min 150 ədəd ağac və kol bitkisi yetişdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.