CƏMİYYƏT
Yarmarkaya gətirilən bal məhsulları ciddi yoxlamadan keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakıda “Amay” ticarət mərkəzində açılan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 254 nəfər arıçı iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, zona və respublika baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirib və nəticədə gətirilən balın 20 faizədək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.
Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləşdirmək üçün oktyabrın 14-də püşkatma keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arıçıları yarmarkanın keçirildiyi ərazi ilə tanış edərək, onlara qaydalar barədə məlumat veriblər. Bildirilib ki, heç bir iştirakçı yarmarkaya kənardan bal gətirə bilməyəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər - qeydiyyatdan keçmiş şəxs oturacaq.
Qeyd edək ki, sərgi-satış yarmarkası bir ay davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]