İQTİSADİYYAT


Yasamal, Binəqədi və Nəsimi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 23 yanvar, AZƏRTAC

Avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar yanvarın 23-də saat 10:00-dan 18:00-dək Bakının Binəqədi, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.