İQTİSADİYYAT


Yasamal rayonu ərazisinin bəzi küçələrində içməli suya məhdudiyyət qoyulacaq

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları və S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən açıqlama verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.