CƏMİYYƏT


Yasamal rayonunda 8 ağac naməlum şəxslər tərəfindən kəsilib

Bakı, 10 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ünvanda səkkiz müxtəlifcinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Nazirliyin əməkdaşları faktla bağlı akt tərtib ediblər. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə Yasamal Rayon Polis İdarəsinə müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.