CƏMİYYƏT


Yasamal rayonunda beşmərtəbəli binada yanğın baş verib

A+ A

Bakı, 7 fevral, AZƏRTAC

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağında əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.