İQTİSADİYYAT
Yasamal rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Yasamal rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda rayon rəhbərliyi, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək bildirib ki, hesabat dövrü ərzində 3272 yeni iş yeri açılıb. 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Artıq bu binalardan 12-sinin sökülməsi, yeni binaların layihələndirilməsi və tikintisinə dair sərəncamlar verilib.
Bildirilib ki, cari ilin doqquz ayında mənzil fondunun qorunması istiqamətində işlər davam etdirilib. 65 yaşayış binasında 11880 kvadratmetr müxtəlif materiallarla dam örtüyü təmir edilib.
Hesabat iclası digər məruzəçilərin çıxışları ilə davam etdirilib.