CƏMİYYƏT


Yasamal rayonunda dərzi sexində yanğın olub, bir nəfər ölüb

Bakı, 18 iyul, AZƏRTAC

Yasamal rayonunda birmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın zirzəmisində ümumi sahəsi 55 kvadaratmetr olan dörd otaqdan ibarət dərzi sexinin üç otağı 45 kvadratmetr sahədə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub. Sexin qalan hissəsi və ev yanğından mühafizə edilib, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.