CƏMİYYƏT
Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də səhər saatlarında Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın beşinci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə edilib. Alov saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]