CƏMİYYƏT


Yasamalda yataqxanada yanğın olub, 20 nəfər təxliyə edilib

Bakı, 11 iyul, AZƏRTAC

Yasamal rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın şaxtasında ikinci mərtəbədən beşinci mərtəbəyə qədər keçən kabel 25 poqonometr yanıb. Yanğın zamanı 20 sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.