SİYASƏT


Yaşar Aydəmirov: Azərbaycanda əsgərlərin hərbi xidmətə artan həvəsi Ali Baş Komandanın Ordumuza qayğısının nəticəsidir

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfəri heç də təsadüfi deyil. Nazir mütəmadi olaraq, cəbhəboyu zonada yerləşən hərbi hissələrə baş çəkir, əməliyyat şəraiti, bölmələrimizin döyüş qabiliyyəti və şəxsi heyətin döyüş hazırlığı səviyyəsi ilə yaxından maraqlanır.

Bu barədə məlumat verən ehtiyatda olan general-leytenant, keçmiş birlik komandiri Yaşar Aydəmirov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı öz mövqeyində qətiyyətlidir, israrlıdır və onu dəyişməz hesab edir. Aprel hadisələri bir daha sübut etdi ki, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmazsa, Azərbaycan problemi hərb yolu ilə həll etməyə qadirdir.

“Sirr deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət nəticəsində ölkəmiz müdafiə qüdrətini artırır, Silahlı Qüvvələrin arsenalını yeni, müasir tələblərə cavab verən silah və hərbi texnika ilə gücləndirir. Aprel hadisələrindən sonra bu proses daha geniş miqyasda həyata keçirilir. Son üç ay ərzində artıq ordumuzun silahlanmasına olduqca güclü və ən mürəkkəb hərbi əməliyyatları həyata keçirə biləcək silah və hərbi texnika qəbul edilib. Hazırda ordumuz istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə tam hazırdır. Bu, təkcə son zamanlar alınmış silahlar hesabına deyil, eyni zamanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin aprel hadisələrindən sonrakı döyüş ruhunun və mənəvi-psixoloji durumunun olduqca yüksək olması ilə mümkündür. Belə ki, müdafiə nazirinin cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfəri zamanı həmin hərbi hissələrdə xidmət edən və xidmət müddəti başa çatmaqda olan bir çox müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti davam etdirmələri və Ali Baş Komandan İlham Əliyevin əmri ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılacaq döyüşlərdə iştirak etmək arzusunda olduqları barədə müraciət ediblər. Əsgərlərimizdə hərbi xidmətə olan bu istək və rəğbət Silahlı Qüvvələrimizin Ali Baş Komandanının Ordumuza göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.