SİYASƏT


Yaşar Aydəmirov: Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən səsləndirilən istənilən fikirdən qorxur

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Silahlı Qüvvələrə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu hissi ilə qarşılanır.

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışları ilə bağlı AZƏRTAC-ın sorğusuna cavabında deyib.

Aprel döyüşlərindən sonra təlaş içində olan Ermənistan siyasi rəhbərliyinin radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız “ballastlardan” qurtulmaqda axtardığını vurğulayan Y.Aydəmirov bildirib: “Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə “təmizləmə” əməliyyatına başlanılması Sarkisyan-Ohanyan cütlüyünün istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə Ermənistan hakimiyyəti xalqını Azərbaycan “təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi Yerevan öz hakimiyyətinə potensial təhlükə kimi görür. Belə olmasaydı, bayram təbrikinə belə erməni tərəfi səksəkəli reaksiya verməzdi.

Ermənistan xalqının, istərsə də onun kriminal hərbi-siyasi rejiminin daim qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.