SİYASƏT


Yaşar Aydəmirov: Vasitəçilərin ikili standartlar nümayiş etdirməsi nədənsə həmişə erməni tərəfinə sərf edəndə ortaya çıxır

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

Ermənistan tərəfi danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərir. Düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülki əhalini atəşə məruz qoyduqda Azərbaycan tərəfi əvvəllər də vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəflərin atəşkəs rejiminə ciddi riayət etmələri barədə çağırışını şərh edərkən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təəssüflə bildirib ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməmiş, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmamışlar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalan kimi dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər. Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər.

Yaşar Aydəmirov deyib: “Əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına səssiz qalacağını düşünürsə səhv edir. Bir hərbçi kimi bu hərəkətlərin cavabsız qalmayacağına inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.