DÜNYA


“Yaşıl energetika”ya keçid rəqiblə mədəni ayrılmağın yolu kimi

A+ A

Berlin, 10 oktyabr, AZƏRTAC

Almaniyanın ikinci ən böyük energetika şirkəti cəmi bir neçə həftə ərzində “yaşıl energetika”ya keçid edib. Bu yaxınlarda “RWE” konserni özünün “Innogy” törəmə şirkətini Frankfurt birjasına çıxarıb. Konsern ən perspektivli aktivlərini və əməkdaşlarının üçdəiki hissəsini “İnnogy”nin sərəncamına verib. Almaniya energetikasının sabiq lideri “E.on” da təxminən bir ay əvvəl - sentyabrın 12-də fərqli sxemlə eyni addımı atıb.

Kapitallaşdırma hazırda “Innogy”ni Almaniyanın ən bahalı energetika şirkətinə çevirir. Onun əsas aktivləri çoxsaylı külək parkları, habelə istər Qərbi və Mərkəzi Avropanın (Almaniya, Hollandiya, Böyük Britaniya, Avstriya), istərsə də Şərqi və Cənub-Şərqi Avropanın (məsələn, Polşa, Slovakiya, Rumıniya, Xorvatiya) 11 ölkəsində 23 milyon müştərini işıq və istiliklə təchiz edən elektrik xətlərindən və boru kəmərlərindən ibarət energetika şəbəkələridir. Bərpa olunan energetika, infrastruktur, 60 min əməkdaşdan 40 mini və Essen şəhərindəki keçmiş qərargah da bu şirkətə qalıb.

Beləliklə, ötən dörd həftə ərzində Almaniya energetikasının siması əsaslı şəkildə dəyişib. İndiyədək Almaniya bazarında iki nəhəng – “E.on” və “RWE” şirkətləri hakim idi. “Qazprom” özünün ən mühüm xarici bazarını məhz bu iki şirkətlə əməkdaşlıq şəraitində qazla təchiz edirdi. İndi bazarda onların yerini dörd şirkət tutub. “E.on” daha “Qazprom”un tərəfdaşı, Rusiya energetikasının investoru deyil, çünki yenidən strukturlaşdırma gedişində bərpa olunan energetikaya keçid edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.