MƏDƏNİYYƏT


“Yaşıl incəsənət” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey sərgi kompleksində “Yaşıl incəsənət” adlı rəsm sərgi-müsabiqəsinin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, sərgi-müsabiqə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı Fuad Salayev çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, sərgiyə təqdim olunan 200-dək əl işi janr və mövzu baxımından olduqca mükəmməldir. Sərgidə rəngkarlıq, qrafika, o cümlədən müxtəlif üslublarda, qarışıq texnikada işlənmiş əl işləri də yer alıb. “Yaşıl İncəsənət” rəsm sərgisinin məqsədi gənc nəslin rəssamlıq sənətinə marağını artırmaqla yanaşı, təbiətin qorunmasına, ətraf mühitin mühafizəsinə diqqəti cəlb etməkdir.

Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, sərginin ən önəmli xüsusiyyətlərindən biri peşəkar və həvəskar rəssamları bir araya gətirmək və mövzuya diqqəti artırmaqdan ibarətdir. Sərgilənən əsərlərin sırasında təbiət gözəllikləri və vətənpərvərlik mövzularının yer alması olduqca əhəmiyyətlidir.

Sonra qaliblər mükafatlandırılıb. Ümumilikdə 14 fırça ustasına diplom və xatirə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, oktyabrın 20-dək sərgilənəcək rəsm əsərlərinin xeyriyyə məqsədilə satışı həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.