MƏDƏNİYYƏT
“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “ASAN School” könüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN Könüllüləri” gənclər təşkilatı “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verib.
ADRA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin sonunda münsiflər tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və mükafatlarla təltif ediləcəklər.
Müsabiqənin şərtləri ilə akademiyanın “Facebook” səhifəsində (https://www.facebook.com/ADRA-Museum) tanış olmaq olar.
Rəsm işləri oktyabrın 10-dək ADRA Muzey-Sərgi Kompleksinə təqdim olunmalıdır.