CƏMİYYƏT


Yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bakı, 29 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 Eldar şamı və sərvcinsli ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb. Faktla bağlı akt tərtib edilib. Toplanmış sənədlər tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.

Eyni zamanda, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.