CƏMİYYƏT


Yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb

Bakı, 13 iyul, AZƏRTAC

Bakı şəhəri Binəqədi rayon sakini İsmayıl Əliyev rayonun S.S.Axundov küçəsi, 3a və 3b saylı yaşayış binalarının ətrafında tikinti işləri ilə əlaqədar ağacların kəsilmə təhlükəsinin olması barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinə şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin şəxsin iştirakı ilə yerində araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı həmin ünvandakı yaşıllıq sahəsində 6-60 santimetr diametrliyində yaşköküstə müxtəlifcinsli (çinar, tut, palıd, sərv, armud, heyva, gilas, alça) 23 ağacın və 70 kol bitkisinin olduğu müəyyən edilib. Yaşıllıq sahəsində qanunsuz ağac kəsilməsi və zədələnməsi, həmçinin tikinti işlərinin aparılması halları aşkar edilməyib. Lakin ağac və kol bitkiləri qeydiyyata alınaraq yaşıllıqların mühafizə olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb, ərazi nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.