CƏMİYYƏT


Yaşıllıqların mühafizəsinə dövlət nəzarət tədbirlərinin detalları açıqlanıb

Bakı, 4 yanvar, AZƏRTAC

Yaşıllıqların mühafizəsinə dövlət nəzarət tədbirlərinin nəticələri 2 (iki) nüsxədə tərtib olunan aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi müvafiq dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxsə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Aktı imzalayanlar öz rəyini bildirmək (akta əlavə etmək) hüququna malikdir.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası"nda əks olunub.

Qərarda qeyd edilir ki, aktda nəzarət tədbiri aparılan dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxs haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN), nəzarətin aparılmasının hüquqi əsası, səbəbləri və müddəti, nəzarət tədbirinin nəticələri olmalıdır. Bundan başqa, yaşıllıqların mühafizəsi sahəsində aparılan dövlət nəzarəti zamanı aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barədə inzibati xətalar və cinayət məcəllələrinə uyğun tədbirlər görülür. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumun (səlahiyyətli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və vəzifəli şəxslər üçün məcburidir, bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.