DÜNYA


Yaşlı insanların yıxılmasını əvvəlcədən xəbər verən datçiklər hazırlanıb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Yerə yıxılma yaşlı insanlar üçün daha çox təhlükəlidir. Yaşlandıqca koordinasiyanın itirilməsi vəziyyəti ağırlaşdırır. Məhz yaşlı nəsil üçün hazırlanmış sensorlar sistemi insanları yerə yıxılma ehtimalı ilə bağlı əvvəlcədən xəbərdar edəcək.

AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 santimetr azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86 faiz artmasından xəbər verir.

Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası ahılları travmalardan qorumağa kömək edəcək.

İxtira “TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etməyə hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.