Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Bakı, 1 iyun, Əziz Məmmədov, AZƏRTAC 

Elə şəxsiyyətlər var ki, onlar hələ sağlığında ikən dünya tarixində iz qoyur və əfsanəyə çevrilirlər. “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” zabit ordenli, Rus Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Cəmiyyətinin üzvü, Qızıl Xidmət Xaçına və “Kilsə qarşısında xidmətlərinə görə” Xaça layiq görülmüş, 30 kitabın və Avropanın məşhur jurnallarında dərc edilmiş yüzlərlə reportajın müəllifi ...

Adı güclü hissiyyatların və kişilərə aid sərgüzəştlərin sinoniminə çevrilmiş bu əfsanəvi şəxsiyyətin mükafatlarını çox sadalamaq olar. Lakin sizi çox intizarda qoymayacağıq: söhbət polşalı əfsanəvi reportyor və tədqiqatçı Yatsek Palkeviç haqqındadır.

Yatsek Palkeviçin dünya sərgüzəştləri janrında yazdığı maraqlı məqalələr müəllifin cəsarətinə dəlalət edir. Onun rəhbərlik etdiyi ekspedisiyalar dəvə belində Qobi səhrasından və Böyük səhradan keçib, “piroqa” deyilən qayıqlarla Borneo adasının bir sahilindən digərinə üzüb, Skeletlər sahili səhrasını pay-piyada, Oymyakon ətrafında soyuq qütb dairəsini isə maral arabalarında gəzib-dolaşıb, Avropa ilə Asiya arasında sərhəd xəttini dəqiqləşdirməyə çalışıb, Dersu Uzalanın izi ilə səyahətə çıxıb. 1994-cü ildə “Trud” qəzetinin dəstəyi ilə onun təşkil etdiyi, 5 ölkənin kosmonavtlarının daxil olduğu heyət Krasnoyarsk diyarının ekologiyası ilə bağlı missiyanı uğurla həyata keçirib. Bu missiyanın üzvləri Yer kürəsinin bütün sakinlərini planetimizin qorunub saxlanmasına qoşulmağa çağırırdılar. Pan Palkeviçin könüllü şəkildə “qəzaya uğramış” səyyah rolunda xilasedici qayıqla Atlantik okeanı üzüb keçməsi isə onda xüsusi qürur doğurur. 1982-ci ildə Palkeviç peşəkar səyyah kimi müstəsna təcrübəsindən istifadə edərək Avropada ilk Salamatqalma Məktəbi yaradıb. O, ağır iqlim zonalarında ekstremal şəraitdə insanın imkanlarının hüdudlarını tədqiq edib. Antiterror briqadalarını cəngəlliklərdə və səhrada fəaliyyətə hazırlayıb, Cənubi Amerikada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün təlim keçib. 1998-ci ildə səyahətlər haqqında ən yaxşı kitabın müəllifi kimi “Kəhrəba Kəpənək” Qran-prisinə layiq görülüb. 1996-cı ilin yayında Rus Coğrafiya Cəmiyyətinin üzvü kimi bu cəmiyyətin bayrağı altında XX əsrin son coğrafi kəşfinin müəllifi olub. Onun rəhbərlik etdiyi beynəlxalq elmi ekspedisiya böyük Amazon çayının mənbəyinin dəqiq yerini müəyyən edib. Bu ekspedisiyanın işinin nəticələri həmin çayın uzunluğunu “artıraraq” 7000 kilometrə çatdırmağa imkan verib. Beləliklə, hazırda Amazon çayının uzunluğu Nil çayının uzunluğundan 300 kilometr çoxdur. 2011-ci ildə Perunun hakimiyyət orqanları həmin kəşfin şərəfinə Amazon çayının mənbəyində abidə və xatirə lövhəsi ucaldıb.

Əfsanəvi səyyah 75 illik yubileyi ərəfəsində Bakıya dörd günlük səfərə gəlib. Səfər qrafikinin çox gərgin olmasına baxmayaraq, həyatsevər və ünsiyyətcil Pan Yatsek AZƏRTAC-ın müxbirinə müsahibə verməyə həvəslə razılaşıb.

Polşalı tədqiqatçı söhbətin əvvəlində deyib: “İkinci dəfədir ki, Azərbaycan paytaxtına gəlmişəm. Bakıda ilk dəfə 25 il bundan əvvəl olmuşam. Buna görə əvvəlcə şəhərinizlə tanış olmaq, bu müddətdə onun necə dəyişdiyini yəqin etmək istədim. Səfərimin qrafiki çox gərgin olduğu üçün yalnız ölkənizin paytaxtına tamaşa edə bildim, Azərbaycanın regionlarına getməyə, təəssüf ki, macal tapmadım. Amma Bakının demək olar ki, bütün görməli yerlərində oldum, İçərişəhəri gəzdim, onun Bakının ümumi kompozisiyası ilə çox harmonik şəkildə uzlaşmasını yəqin etdim. Bakıda qədim memarlıq nümunələri və müasir tikililər bir-birini çox gözəl tamamlayır. Azərbaycanda çoxlu dostlarım və tanışlarım var, bu dörd gündə onların siyahısı xeyli genişlənib. Gələcəkdə sizin bu gözəl diyarınıza yenə gəlməyi və onun təbii gözəllikləri ilə əməlli-başlı tanış olmağı planlaşdırıram. Bu gün isə ötən 25 ildə Bakının tanınmaz dərəcədə dəyişdiyini, onun daha da gözəlləşdiyini deyə bilərəm. Tarixdən bilirik ki, XIX əsrin sonlarında Bakı əsasən neft bumu səbəbindən çar Rusiyasının iri şəhərlərindən birinə çevrilib. Həmin illərdə Azərbaycan paytaxtının simasında Avropa cizgiləri yaranıb: Qotika və Barokko üslublarında tikilmiş binalara ağ daşdan üzlük çəkilib, bu binalar qeyri-adi möhkəmliyi ilə fərqlənir. Şəhərin arxitekturasına çox böyük xərc çəkildiyinə görə o vaxt Bakını “Şərqin Parisi” adlandırırdılar. Mübaliğəsiz və diplomatiyasız, tam səmimiyyətlə deyə bilərəm ki, Bakı öz markasını və 100 il bundan əvvəl qazandığı “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır.

-XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycandakı polyakların həyatı Azərbaycan xalqının tarixinin bir hissəsi olub. Axı burada yaşayan, işləyən, ailə quran bu insanlar həm də ölkənin ictimai həyatında fəal iştirak edir, üstəlik, Azərbaycanın mədəniyyətinə, onun sənayesinə layiqli töhfə verirdilər. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

-Əsl sənətkarlar bütün yaradıcılıq yolunda bir başlıca məsələni həll etməyə – həyatın mənasını öyrənməyə, anlamağa, açıqlamağa çalışırlar. Onlar keçmişi, indiki və gələcək zamanı eyni bir dövrdə birləşdirməyə çalışır, Tanrının onlara bəxş etdiyi yaradıcılığın mənasını tapmağa cəhd edirlər. Elə buna görə mən də artıq bir neçə onillikdir ki, Bakının memarlığında “Polşa izi” məsələsi ilə maraqlanıram. Bu, ilk növbədə, görkəmli memar və rəssam, XIX əsrin sonu – XX əsrin əvvəlində Bakının baş memarı olmuş Yozef Qoslavskinin yaradıcılığına aiddir. Qoslavskinin memarlıq baxımından ən yaxşı və ən möhtəşəm əsəri yəqin ki, keçmiş Şəhər Dumasının, indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası olub. Bu binanın təməli 1900-cü ilin may ayında qoyulub. Layihə müəllifinin öz yaradıcı fantaziyasını məhdudlaşdırmaması üçün binanın tikintisi səxavətlə maliyyələşdirilib. Bu binanın monumentallığı, onun gözəlliyi Bakının əfsanəvi zənginliklər şəhəri olması barədə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda yayılmış bir fikri əyani şəkildə təsdiqləyir. Bakıda polşalı memarların layihələri əsasında tikilmiş binaların siyahısını davam etdirmək olar. Mənim bildiyimə görə, onlar Bakıda təxminən 200, bəlkə də daha çox bina tikiblər. Bir sözlə, polyaklar onlar üçün doğmalaşmış Bakının nadir memarlıq simasının formalaşmasında mühüm rol oynayıblar. Yozef Qoslavski ömrünün sonuna qədər Bakının baş memarı vəzifəsində çalışıb. Digər polyak – Konstantin Borisoqlebski dörd il Bakının memarı olub. Gəncə şəhərinin Baş Planını İqnati Kşiştaloviç hazırlayıb, Tağıyev Teatrının layihəsini Pavel Koqnovitski verib. Sonradan bir neçə il Tiflisdə işləyən Koqnovitski oktyabr inqilabından sonra Bakıya qayıdıb. XX əsrin əvvəlində Azərbaycan neft sənayesinin təşəkkülünə sanballı töhfələr vermiş istedadlı mühəndis Pavel Pototskinin adı ilə bağlı əfsanələr yaranmışdı. Ötən əsrin əvvəlində Bibiheybət buxtasında görülən işlərə başçılıq etmək üçün onu Sankt-Peterburqdan Bakıya dəvət etmişdilər. Məhz onun mühəndis istedadı, məqsədyönlü fəaliyyəti sayəsində dəniz məkanının bir hissəsini quru ilə birləşdirməyə imkan verən bu layihə dənizin dibindən neft hasilatının əsasını qoyub.

-Son olaraq Azərbaycan xalqına nə arzu etmək istərdiniz?

-Mən hiss edirəm ki, Azərbaycan sakinləri öz soyköklərinə bağlı, ənənələrə, mədəniyyətə böyük sevgi ilə yanaşan insanlardır. Xalqın, dövlətin gücü, insanların gözəlliyi bundadır. Son onilliklərdə Azərbaycan sürətlə inkişaf edir, ölkəniz yüksəliş yolundadır, mən də səmimi qəlbdən arzu edirəm ki, bu uğurlar davamlı olsun.

Yatsek Palkeviç: Bakı öz markasını və “Şərqin Parisi” fəxri adını ləyaqətlə qoruyub saxlayır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir