DÜNYA
Yava adasında təbii fəlakət qurbanlarının sayı 19 nəfərə çatıb
Bakı, 21 sentyabr, AZƏRTAC
İndoneziyanın Yava adasının qərbində daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 19 nəfər həlak olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət, həmçinin onlarla insanın xəsarət almasına səbəb olub. Daha 9 nəfər itkin düşmüş sayılır. Bir çox ev dağılıb. Bəzi ərazilərdə suyun səviyyəsinin iki metrədək qalxdığı bildirilir.
Mütəxəssislər yağışlar mövsümündə torpaq sürüşmələrinin daha tez-tez baş verməsinin səbəbini meşələrin aktiv surətdə qırılması ilə izah edirlər. 2014-cü ilin dekabrında Yava adasının mərkəzində torpaq sürüşməsi zamanı 100 nəfər həlak olmuş və ya itkin düşmüş, 600 nəfər evsiz qalmışdı. 2010-cu ildə Qərbi Papuada baş vermiş təbii fəlakətin nəticələri isə daha ağır olmuşdu: 160 ölü, bir o qədər itkin və 3,5 min zərər çəkmiş insan.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]