DÜNYA
Yava adasındakı Bromo vulkanı fəallaşıb
Tokio, 7 oktyabr, AZƏRTAC
İndoneziyanın hökumət orqanları Yava adasının şərqində yerləşən Bromo vulkanı fəallaşdığına görə həmin əraziyə turistlərin və yerli əhalinin buraxılmasını məhdudlaşdırıb. Bu barədə jurnalistlərə oktyabrın 7-də Təbii Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Purvo Nuqroho məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyət qoyulan rayonun radiusu təqribən 2,5 kilometr təşkil edir və hazırda vulkanın külü 300 metr hündürlüyə qalxır. Rəsmi nümayəndə bildirib ki, vulkan hələlik aviasiyanın hərəkətinə ciddi təsir göstərməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]