DÜNYA


Yaxın gələcəkdə gözlərin köməyi ilə kompüterləri idarə etmək reallığa çevriləcək

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

“Google” şirkəti gözlərin hərəkətinin köməyi ilə kompüteri idarəetmə üzrə ixtisaslaşmış ABŞ-ın “Eyefluence” startapını satın alıb. İnternet nəhəngi “Eyefluence” startapının həllindən virtual reallıqla bağlı layihələrin inkişafında istifadə etməyə hazırlaşır.

“Eyefluence” şirkəti Cim Marqqraff tərəfindən təsis edilib. Startapın məqsədi kompüteri istifadəçinin göz almalarının hərəkətlərini tanımağı öyrətməkdir ki, bu da virtual reallıq obrazlarını ləngimə olmadan dəyişdirməyə, əsl və virtual obyektləri artırılmış reallıqda kombinasiya etməyə imkan verəcək.

AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, son zamanlar “Google” şirkəti “VR” texnologiyaları üzərində aktiv işlər aparır. 2016-cı ilin mayında şirkət “VR” proqramlarının yaradılması üçün “Daydream” platformasını təqdim edib və məlumat verib ki, “Play Store”, “Google Photo”, “Google Street View” və “YouTube” daxil olmaqla bir sıra xidmətlərini virtual formata uyğunlaşdırmağa hazırlaşır.

İnternet nəhəngi cari ilin oktyabrında “Daydream View” virtual reallıq eynəyini təqdim edib. Eynək smartfonla birgə istifadə olunur.

Eynək istifadəçinin əllərinin hərəkətini izləyən kontrollerlə birgə tədarük olunur və “Bluetooth” vasitəsilə smartfonu idarə etməyə imkan verir. Çox güman ki, şirkət gələcəkdə əl hərəkətlərinin köməyilə idarəetməni gözlərin köməyilə idarəetmə ilə əvəz etməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.