İQTİSADİYYAT


Yaxın gələcəkdə hakerlər insan beyninə müdaxilə edə biləcəklər

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Yaxın gələcəkdə insan beyninə implantasiya olunan elektronika adiləşə bilər. Futuroloqların proqnozuna görə, implantatlar mərkəzi sinir sistemini əlavə güclə təmin edəcək və insanın düşünmə qabiliyyətini xeyli genişləndirməyə kömək edəcək. Bundan başqa, birbaşa mərkəzi sinir sisteminə impulslar göndərməklə ən müxtəlif xəstəliklərin müalicəsi mümkün olacaq.

AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, avqustun 1-də “Google” tərəfindən təsis edilmiş yeni şirkət 2023-cü ilədək miniatür elektrik implantatlar hazırlamağı qarşısına məqsəd qoyub. Üzvi elektronika artrit, diabet və astma kimi xroniki xəstəliklərin müalicəsinə imkan verəcək. Bununla belə, beyin-kompyuter interfeysi beyin üçün təhlükə yarada bilər.

Vaşinqton Universitetinin biorobot texnikası laboratoriyasının elektrik mühəndisi Hovard Çijekin proqnozuna görə, artıq yaxın gələcəkdə kibercinayətkarlar birbaşa insan ağlına müdaxilə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.