CƏMİYYƏT


Yaxın gələcəkdə nanorobotlar insanların müalicəsini asanlaşdıracaq

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

ABŞ-ın Dreksel Universitetinin alimləri miniatür robotların elektromaqnit sahəsinin köməyi ilə maye mühitdə yüksək sürətlə hərəkət etməsini nümayiş etdiriblər. Alimlər gələcəkdə həmin robotların dərman maddələrinin çatdırılması üçün istifadəsini planlaşdırır.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, nanorobotlar miniatür dairəvi hissəciklərdən ibarət zəncir formasındadır. Maqnit sahəsi hissəcikləri fırladır və bu halda zəncirin uzunluğu onun yüksək sürətlə hərəkət etməsini təmin edir. Alimlər müxtəlif robotları sınaqdan keçiriblər. Ən uzun qurğu 13 hissəcikdən ibarət olub və saniyədə 17,85 mikrometr sürətlə hərəkət edib.

Alimlərin sözlərinə görə, nanorobotlar dərman maddələrinin çatdırılması sistemi kimi xidmət göstərməklə yanaşı, cərrahi əməliyyat zamanı müxtəlif məsələləri yerinə yetirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.