İQTİSADİYYAT


Yaxın gələcəkdə vahid dispetçer xidmətinin yaradılması nəzərdə tutulmayıb

A+ A

Bakı, 13 iyul, Elvin Camalov, AZƏRTAC

Yaxın gələcəkdə vahid dispetçer xidmətinin yaradılması nəzərdə tutulmayıb.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin əsasnaməsinin 3.0.7.-ci bəndinə əsasən müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatında mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaratmaq və həyata keçirilməsini təmin etmək agentliyin vəzifələrinə daxil edilib.

“Tezliklə bu xidmətin yaradılması və fərdi dispetçer xidmətinin ləğv olunması gözlənilmir. Ancaq qeyd etmək olar ki, nə zamansa xidmətin keyfiyyətinin yüksəldilməsi və nəzarət mexanizminin gücləndirilməsi üçün bu xidmət yaradıla bilər”, - deyə N.Allahyarova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.