REGİONLAR


Yaxın günlərdə Lənkəranda çoxmənzilli yaşayış binalarının təmirə başlanılacaq

Lənkəran, 28 iyun, Bağır Əliyev, AZƏRTAC

“Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 iyun tarixli Sərəncamına uyğun olaraq yaxın günlərdə Lənkəran şəhərində çoxmərtəbəli yaşayış binalarında təmir işlərinə başlanacaq.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılıb.

Ölkə başçısının imzaladığı Sərəncamın icrası ilə bağlı artıq aidiyyəti qurumlar sözügedən binalara təkrar baxış keçirib, təmir işləri ilə bağlı layihə hazırlanıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əsaslı təmirə ehtiyacı olan 13 binaya təkrar baxış keçiriblər. Həmin binalarda ümumilikdə 563 ailə yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.