REGİONLAR


Yaxın illərdə Balakəndə barama istehsalı 15 tona çatdırılacaq

A+ A

Balakən, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə cari ilin payız aylarında Balakən rayonunun ərazisində 14 min tut (çəkil) tingi əkilib və hazırda bu iş sürətlə davam etdirilir. İlin sonunadək daha 70 min tingin əkilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a rayon kənd təsərrüfatı idarəsindən məlumat verilib.

Tinglərin 4 min ədədi “Şəki-İpək” ASC, 5 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qalanı isə daxili imkanlar hesabına əldə olunub.

Xatırladaq ki, “Şəki-İpək” ASC ilə bağlanmış müqaviləyə əsasən, 2016-cı ildə balakənli kümdarlar 3,3 ton yaş barama istehsal edərək müəssisəyə təhvil veriblər. Yaxın illərdə isə Balakəndə barama istehsalının 15 tona çatdırılması hədəf kimi müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.