SİYASƏT


Yaxın zamanlarda Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin tikintisinə başlanacaq

Cocuq Mərcanlı, 15 fevral, AZƏRTAC 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaxın zamanlarda 200 evdən ibarət yeni qəsəbənin tikintisinə başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə məlumat verib.

Baş nazirin müavini bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda işğaldan azad olunmuş kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.