MƏDƏNİYYƏT


“Yay düşərgəsi” layihəsinin yekun konserti olacaq

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 12-də “YARAT” Müasir İncəsənət Mərkəzi gənc musiqiçilər üçün “Yay düşərgəsi” layihəsi çərçivəsində yekun musiqi proqramı təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Qazaxıstan – ucsuz-bucaqsız çöllər və meqapolislər diyarı: bədii təsvir, üslub və cərəyanlarda müasirlik, keçmiş və gələcək” adlı musiqi proqramına nəfəs, simli və zərb alətlərində fərdi və duet çıxışları daxildir. Proqramın kuratoru Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu və beynəlxalq müsabiqələr laureatı Fərhad Qarayusiflidir.

Müasir incəsənətə musiqi prizmasından yanaşmaq proqramın əsas məqsədidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.