CƏMİYYƏT
Yay fəslində yaz havası...
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir.