REGİONLAR


“Yay futbol düşərgəsi” layihəsinin birinci mərhələsi başa çatıb

Sumqayıt, 22 iyun, AZƏRTAC 

Sumqayıt məktəbliləri üçün keçirilən “Yay futbol düşərgəsi” layihəsinin birinci mərhələsi başa çatıb. Layihə “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Azərikimya” İstehsalat Birliyinin dəstəyi, “Sumqayıt Futbol Klubu”un təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, ilk mərhələnin son günündə bütün iştirakçılar mükafatlandırılıb. “Kapital Bank Arena”nın konfrans zalında keçirilən mərasimdə iştirakçılara “Sumqayıt” futbol klubunun idman geyimləri, sponsorların xüsusi hədiyyələri və diplomlar təqdim olunub.

Tədbirdə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “Sumqayıt” futbol klubunun prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları - Telman Salahov, Sabir Əliyev, klubun baş meneceri Ceyhun Sultanov, məşqçi heyəti Seymur Rəhimov, Vüqar Quliyev, Azad Mütəllimov, Orxan Abdullayev və başqaları iştirak edib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən çox məktəblinin qatılacağı layihə 2014-cü ildən keçirilir və indiyədək 300-dən artıq məktəbli bu layihənin iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.