ELM VƏ TƏHSİL


Yay gəldi...

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-i saat 08:24-dən etibarən yaz öz yerini yay fəslinə verib. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev bildirib.

E.Babayev deyib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 14.29-da qədəm qoyub. Həmin vaxt yaz gecə-gündüz bərabərliyi adlanır. Payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 21-i saat 20.28-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.