ELM VƏ TƏHSİL
Yay məktəbi avqustun 31-dək davam edəcək
Bakı, 13 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması üçün silsilə tədbirlər keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, paytaxt məktəblilərinin tarixi məkanlara, kitabxanalara, istirahət yerlərinə ekskursiyaları təşkil olunur. Məktəblilər üçün maarifləndirici tədbir, yarış və ekskursiyaların təşkil olunmasının əsas məqsədi asudə vaxtdan səmərəli istifadə etmək, həmçinin şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır.
Bakı ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Məktəblinin dostu” layihəsi çərçivəsində yay məktəbi də fəaliyyət göstərir. Paytaxtın 18 ümumtəhsil müəssisəsini əhatə edən yay məktəbi avqustun 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]