ELM VƏ TƏHSİL


“Yay məktəbi” davam edir

Bakı, 10 iyul, AZƏRTAC

Bakı şəhərində 18 ümumi təhsil müəssisəsini əhatə edən “Yay məktəbi”nin ilk həftəsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə şagirdlər üç maarifləndirici təlimdə, rəsm və rəqs dərslərində iştirak edib, filmlər izləyiblər.

“Yay məktəbi”nin ikinci həftəsi isə “Nə? Harada? Nə zaman?” intellektual oyunu ilə başlayıb.

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” iyulun 28-dək V və VI, avqustun 1-dən 31-dək isə VII və VIII sinif şagirdləri üçün nəzərdə tutulur. “Yay məktəbi”ndə mindən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının təşkil edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.