ELM VƏ TƏHSİL


Yay məktəbində gələn ay 400-dən artıq şagird iştirak edəcək

Bakı, 24 iyul, AZƏRTAC 

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan yay məktəbinin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, yay məktəbindəki boş yerlər üçün qeydiyyat iyulun 11-dən 20-dək aparılıb. Yeddinci və səkkizinci sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun soasil səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.

Nəticələrə əsasən, ümumilikdə yay məktəbində avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinin iyulun 3-də açılışı olub. Hazırda yay məktəbində V-VI sinif şagirdləri iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.