REGİONLAR


Yay məktəbinin çinli iştirakçısı: Azərbaycandan xoş təəssüratlarla ayrılacağam

A+ A

Qəbələ, 23 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

“Mən beynəlxalq multikulturalizm yay məktəbində iştirak etmək üçün Çindən gəlmişəm. Hazırda Litvada ali məktəblərdən birində musiqi təhsili alıram. Azərbaycan multikulturalizmi barədə oxuduğum təhsil ocağında məlumat əldə etmişəm. Azərbaycanlı müəllim Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edərkən mən dərslərdə fəal iştirak etmişəm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak edən çinli tələbə Yu Vanq deyib. O, hazırda multikulturalizmlə bağlı beynəlxalq yay məktəbində böyük təcrübə keçdiyini bildirib. “Mən Nic qəsəbəsindəki Alban-Udi xristian kilsəsini görəndə çox sevindim. Mən musiqiçi olduğum üçün kilsədə səslənən arqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi mənim maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinləyirəm. Mən Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnılarını dinlədim və bu mənə xoş anlar yaşatdı”, - deyə çinli tələbə qeyd edib.

Yay məktəbinin əhəmiyyətini yüksək qiymətləndirən Yu Vanq burada çoxlu əcnəbi dostlar, eləcə də bilik və təcrübə qazandığını deyib: “Çox şadam ki, Azərbaycandan xoş təəssüratlarla ayrılacağam. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycana gəlmək çoxdankı arzum idi və bu beynəlxalq yay məktəbində iştirak etməyimə görə özümü çox xoşbəxt hiss edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.